Preloader

Məzunlarlarımız

Ramil Mammadov

İllər öncə də mən TEXIO Akademiyasını seçdim, ilk dəfə olaraq sistem administratorluğu kurslarına yazıldım və qısa zamanda öz biliklərimi inkişaf etdirdim. Akademiyanın müəllimləri dərsləri çox yüksək səviyyədə keçirdi və qısa zamanda iş yerimi dəyişdirdim, yeni işə - sistem administratorluğuna qəbul oldum. Hal-hazırda Aqrarkredit təşkilatında sistem administratorluğu vəzifəsində çalışıram. Paralel olaraq da, kibertəhlükəsizlik kurslarında iştirak edirəm, əminəm ki, tezliklə bu sahədə böyük uğurlar əldə edəcəm. Yeni sahələri öyrənməkdən, yeni ixtisasa başlamağa çəkinməyin. Kiber təhlükəsizlik yeni və çox maraqlı sahədir, hər birinizə məsləhət görürəm ki, Texio Akademiyasının kibertəhlükəsizlik kurslarına yazılasınız, çox qısa zamanda böyük uğurlar əldə edə bilərsiniz. Akademiyanın müəllimləri nəinki tələbə, həm də tələbədə xarakter formalaşdırmağa kömək edərək cəmiyyətə faydalı şəxs yetişdirir.

Sistem Administratoru at (Azərbaycan)

Degree Program Graduated from:
Data Security Təlimləri

Namiq Quliyev

Adım Namiqdir, 32 yaşım var. Texio Akademiyasına qoşulmamışdan qabaq tamam fərqli sahədə fəaliyyət göstərirdim. İT sahəsi həmişə diqqət mərkəzində olub, xüsusi maraq göstərmişəm. Linkedİn üzərindən axtarış edərkən Texio Akademiyasının səhifəsini gördüm və maraqlandım. Daha sonra müəllimlərlə əlaqə saxladım və təlimçilər məni inandırdı ki, bu sahədə heç bir təcrübəm olmadığına baxmayaraq bu sahədə uğur qazanmaq mümkündür. Mən də Təlimçilərə inandım, TEXİO Akademiyasının 6 aylıq bootkampına qoşuldum. Bootkamp boyu bizə yüksək səviyyədə həm nəzəri, həm də praktik dərslər keçirildi. Cəmi 4 aydan sonra ölkənin ən böyük holdinqlərindən iş təklifi aldım və hal-hazırda da orada Cyber Threat Detection and Response Team.də kiçik mütəxəssis kimi çalışıram. Qeyd etmək istəyirəm ki, bu sahəyə marağı olanlar təcrübələri olmamaqlarından çəkinməsinlər, bu sahə üçün İT backgroundu önəmlidir, amma vacib deyil. Siz də uğur qazanmaq istəyirsinizsə, onda TEXİO Akademiyasina qoşulun, qısa müddət ərzində uğur qazanacaqsınız.

Pentester at (Azərbaycan)

Degree Program Graduated from:
Data Security Təlimləri

Zəhra Şahbazova

Adım Zəhradır, 25 yaşım var. TEXİO Akademiyasına qoşulmamışdan öncə mühasib kimi çalışırdım, lakin texnologiyaya olan marağım məni daim bu sahəyə yaxınlaşdırırdı. Təlimçilərin keçdiyi dərslər sayəsində İT sahəsinin əsaslarını qısa zamanda mənimsədim və kibertəhlükəsizlik sahəsinə keçid etdim. Dərslər həm nəzəri, həm də praktiki cəhətdən çox yüksək səviyyədə təşkil olunub, hər bir modulu real həyat nümunələri ilə başa düşmək çox asan idi. Hal-hazırda kibertəhlükəsizlik şirkətində kiber təhlükəsizlik mütəxəssisi kimi çalışıram və bu uğurumda TEXİO Akademiyasının rolu danılmazdır. Yeni sahəyə keçmək istəyən hər kəsə TEXİO Akademiyasında keçirilən kursları tövsiyə edirəm – peşman olmayacaqsınız!

QA engineer at (Azərbaycan)

Degree Program Graduated from:
Data Security Təlimləri

Jalə Kazımzadə

Mən Jalə Kazimzadəyəm. TEXİO Akademiyasına başlamazdan əvvəl başqa sahədə çalışırdım və texnologiyaya marağım olsa da, bu sahədə heç bir təcrübəm yox idi. TEXİO akademiya komandası mənə sübut etdi ki, istək və əzm varsa, istənilən yaşda və təcrübə səviyyəsində bu sahədə uğur qazanmaq mümkündür. Kibertəhlükəsizlik kursunda keçilən dərslər sadə və aydın şəkildə izah olunurdu, praktiki tapşırıqlar isə bilikləri möhkəmləndirirdi. Kursu bitirdikdən sonra kibertəhlükəsizlik haqqında geniş biliklərə yiyələndim. TEXİO Akademiyasını seçmək həyatımda verdiyim ən doğru qərarlardan biri oldu.

Sistem Administratoru at (Azərbaycan)

Degree Program Graduated from:
Data Security Təlimləri

Ağa İsmayılzadə

Adım Ağa İsmayılzadədir. TEXİO Akademiyasına qoşulmamışdan əvvəl İT müxtəlif sahələri ilə maraqlanmışdım, lakin özümü daha dinamik və gələcəkli bir sahədə görmək istəyirdim. Kibertəhlükəsizlik sahəsi mənim üçün yeni olsa da, təlimçilərin yüksək səviyyəli dərsləri və dəstəyi nəticəsində qısa zamanda bu sahəyə uyğunlaşa bildim. Dərslər sistemli və praktiki yönümlü idi, kurs müddətində real layihələr üzərində işlədik. Elə bootcampın üçüncü ayında bu sahə ilə bağlı təcrübəyə başladım və işə qəbul oldum. TEXİO Akademiyası mənim üçün sadəcə bir təhsil yeri yox, həm də peşəkar karyerama atılan ilk və uğurlu addım oldu.

E-learning Coordinator at (Azərbaycan)

Degree Program Graduated from:
Data Security Təlimləri

Fərman Məmmədov

Mən Fərman Məmmədovam, 16 yaşım var. TEXİO Akademiyasına gəlməkdə əsas məqsədim kibertəhlükəsizlik barəsində ilkin addımlar atmaq üçün təcrübə əldə etmək idi. Bu sahədə heç bir texniki biliklərim yox idi, amma TEXİO Akademiyası komandası mənə sıfırdan başlayaraq hər şeyi öyrətdi. Kurs müddətində həm nəzəri, həm də praktiki biliklər qazandım, SOC, firewall, SIEM kimi anlayışları real mühitdə öyrənmək imkanım oldu. Hazırda xaricdə universitetə qəbul olmaq üçün hazırlaşıram və inanıram ki, TEXİO Academydə əldə etdiyim təcrübə mənim təhsilimə kömək edəcək. Bu sahəyə marağı olan hər kəsə TEXİO Academysini ürəklə tövsiyə edirəm.

CRM Specialist at (Azərbaycan)

Degree Program Graduated from:
Data Security Təlimləri

Populyar təlimlərimiz

Sizin üçün xüsusi diqqətlə yaradılmış təlimlər